Ankara da hazır olan kimi İsveç Türkiyə ilə NATO-ya üzv olmaq üzrə danışıqları bərpa etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson deyib.
“Vəziyyəti sakitləşdirmək bizim ilk işimizdir. Hər tərəf alov içində olanda yaxşı danışıqlar aparmaq çətindir. Gəlin sakitləşək, təhlükəsizlik mülahizələrini nəzərə alaq və danışıqlar masasına qayıdaq”, – baş nazir bildirib.