İsveçin paytaxtı Stokholmda Norra Bantorget meydanına toplaşan terror təşkilatının tərəfdarları parlamentin qarşısına yürüş ediblər.
AzerTimes xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
“Terror təşkilatı YPG/PKK-nı simvolizə edən bayraqlarla təşkilat tərəfdarları İsveç Kəşfiyyat Təşkilatının (SEPO) əleyhinə şüarlar səsləndiriblər”, – məlumatda deyilir.
Xatırladaq ki, SEPO-nun dünən verdiyi açıqlamada terror təşkilatı PKK və digər terror təşkilatlarının İsveçdə hərəkətə keçməsinə qadağa qoyulması istənilib.