İsveçdə terror təhlükəsinin səviyyəsi yüksək olaraq qalır.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Qunnar Stryommer mətbuat konfransında deyib.
“Təhdid mənzərəsi bir qədər fərqli görünsə də, terror təhlükəsi yüksək olaraq qalır. İsveç artıq zorakı ekstremist təbliğat mərkəzi deyil”, – o bildirib.
Nazir qeyd edib ki, İsveçin daxili təhlükəsizliyinə üç paralel təhdid mənbəyi var:
“Bunlara terrorizm və zorakı ekstremizm, krallığa düşmən dövlət aktorları və sistemi təhdid edən cinayətlər daxildir”.