İsveçin paytaxtı Stokholmdan Sundsvall şəhərinə gedən sərnişin qatarı relsdən çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.
Məlumata görə, güclü yağış dəmir yolu xəttinin torpaq qatını yuyub aparıb, nəticədə də qatar relsdən çıxıb, 4 vaqondan ibarət qatarın iki vaqonu aşıb.
Qatarda 120 nəfər olub. Yaralıların olduğu bildirilib.