İsveçin Göteborq şəhərində iki mindən çox insan ölkənin NATO-ya daxil olmasına qarşı aksiyaya çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə “Göteborgs-Posten” qəzeti məlumat yayıb.
Nümayişçilər ölkənin ənənəvi xarici siyasət xəttinə – ittifaqlardan azad olmağa və neytrallığı qorumağa çağırırlar.