İsveçin Eskilstun şəhərindəki ən böyük məsciddə güclü yanğın baş verib.
AzerTimes xəbər verir ki, hadisə yerində polis və fövqəladə xidmətlər işləyir. Əraziyə giriş-çıxışa məhdudiyyət qoyulub, güclü duman müşahidə olunur.
“Hadisə yerinə dörd müxtəlif stansiyadan təxminən 15 yanğınsöndürmə briqadası gəlib. Əsas binanın damı yanıb. Onu xilas etmək mümkün olmayıb. Xoşbəxtlikdən xəsarət alan yoxdur”, – deyə xilasetmə xidmətinin növbətçi zabiti Anders Sessler bildirib.
Yaxınlıqda yerləşən evlərin sakinləri məsciddə partlayış səsləri eşitdiklərini deyiblər.
Fövqəladə Xidmətin məlumatına görə, binada heç nə partlamayıb.