İsveç kralının Stokholm yaxınlığındakı iqamətgahı üzərində dron uçuşları həyata keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, polis şəxsin Drottinqholm qəsri yaxınlığında saxlanıldğını bildirib.
O, Kral XVI Karl Qustav və Kraliça Silviyanın şəxsi iqamətgahı kimi vacib obyektlərin mühafizəsi haqqında qanunu pozmaqda şübhəli bilinir.
İstintaqa qismən İsveç daxili kəşfiyyat agentliyi olan Säpo-da cəlb edilib.
Qeyd edək ki, bu ayın əvvəlində bir neçə PUA İsveç atom elektrik stansiyalarının və digər strateji obyektlərin üzərində müşahidə edildiyi bildirilirdi.