İsveçdə şiə məscidi yandırıldı

İsveçdə şiə məscidi yandırıldı

İsveçin paytaxtı Stokholmda ölkənin ən böyük İmam Əli şiə məscidində güclü yanğın olub.

Hadisə ötən gün (30 aprel) axşam saatlarında baş verib.

“Ehtimal edilir ki, məscid çöldən yandırılıb”, – deyə Stokholm polisi Lars Bistrem telekanala bildirib.

Yanğın haqqında ötən gün gecə saatlarında məlumat verilib. Xəsarət alanlar barədə hələlik məlumat verilmir.

Məscidin daxilindəki kitabxanada 3 min kitab var. Kitabxananın yanıb-yanmadığı barədə də xəbər verilmir.

“Məscidin 30-50%-i yanıb. Hələlik bu qədər deyə bilərik”, – məscidin nümayəndəsi Aki Zahiri bildirib.