İsveçdə ilk qadın baş nazir seçilib

Xəbər - Orxan Nəbiyev – Trend:

İsveç parlamentində keçirilmiş səsvermə nəticəsində Sosial-Demokrat İşçi Partiyasının rəhbəri Maqdalena Andersson ölkənin yeni baş naziri təyin olunub.

Trend-in məlumatına görə, o, İsveçin ilk qadın baş naziri olacaq.

M.Andersson 2014-cü ildən İsveçin maliyyə naziri olub.


Qeyd edək ki, sabiq baş nazir Stefan Löven noyabrın əvvəlində istefa vermişdi. Hazırda o, keçid hökumətinə rəhbərlik edir.