2 yanvar axşam saatlarında İsveçdə yeni temperatur rekordu qeydə alınıb.
AzerTimes xəbər verir ki, İsveç mediası Şimali Norrbotten bölgəsindəki Kvikkökk-Orenjarka şəhərində temperaturun mənfi 43,6 dərəcəyə düşdüyünü yazıb.
Bu, İsveçdə 1888-ci ildən bəri ən aşağı temperaturdur.
Soyuq hava ilə əlaqədar krallığın şimalındakı bir neçə nöqtədə qatar və avtobus marşrutları ləğv edilib.
Rekord aşağı temperaturun səbəbi İsveçin şimal-şərqində və Finlandiyanın şimalında yüksək təzyiqdir. Meteoroloqlar yüksək təzyiq zonasının bu həftənin sonunda cənuba doğru hərəkət edəcəyini proqnozlaşdırırlar.