Rəsmi Stokholm və Avropa Komissiyası İsveç vətəndaşının 500 gündən artıqdır İranda qanunsuz həbsdə saxlanılmasını pisləyiblər.
AzerTimes xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd edək ki, İsveç vətəndaşı 33 yaşlı Yuhan Flodrus 2022-ci ilin yazında İrana səfər edib. O, aprelin 17-də ölkəsinə qayıtmaq istədiyi vaxt hava limanında təhlükəsizlik məmurları tərəfindən həbs edilib.