Finlandiyada 6 PKK, 6 FETÖ, İsveçdə 10 FETÖ, 11 PKK-çının dosyeləri gözləyir.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
“Sazişdən sonra onların ekstradisiya məsələsini yenidən yazıb xatırladacağıq. Terrorçuların ekstradisiyası ilə bağlı müvafiq ölkələrə müraciətlər var. Biz onlardan yeni imzalanmış müqavilə çərçivəsində müraciətlərimizin tələblərini yerinə yetirmələrini istəyəcəyik.
Lazım olanı edəcəklərini dedilər, amma təəssüf ki, bu günə qədər görülməyib. Türkiyənin haqq səsini dəyərləndirdikləri üçün belə bir anlaşma protokolu imzalandı”, – Bozdağ bildirib.