Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı vəziyyəti diqqətlə izləyir.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Biz İsveç və Finlandiyadakı vəziyyəti diqqətlə izləyirik. Təəssüf ki, hələ də bu ölkələrdə bəzi təxribatçı hərəkətlərin davam etdiyini görürük. Biz həm İsveç, həm də Finlandiyanın konkret addımlar atacağını gözləyirik”, – nazir qeyd edib.