İsveç və Finlandiya Türkiyəyə söz verdi!

İsveç və Finlandiya Türkiyəyə söz verdi!

İsveç və Finlandiya Madriddə aparılan danışıqların nəticələrinə görə, Türkiyənin müdafiə sənayesinə qarşı embarqo siyasətindən əl çəkməyə söz verib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

“Hərbi sənaye kompleksi sahəsində embarqodan çıxmaq və bu sahədə əməkdaşlığı genişləndirmək öhdəliyi götürülüb”, – deyə bildirilib.

Qeyd edək ki, bu gün Türkiyə, İsveç, Finlandiya və NATO rəsmiləri Madriddə bu ölkələrin alyansa üzvlük prosesi ilə bağlı danışıqların yekun nəticəsi olaraq memorandum imzalayıb.

Teqlər: