İsveç və Finlandiya indiyədək Ankaranın gözləntilərinə uyğun olaraq Türkiyənin ekstradisiya tələblərini təmin etməyiblər və bu ölkələrin NATO-ya üzvlük prosesi dalana dirənəcək.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
“Türkiyənin müsbət qərar verməsi İsveç və Finlandiyanın NATO-ya qəbul prosesinin başa çatması demək deyil, prosesə başlamaq iradəsidir. Müqavilədə Türkiyəyə verilən vədlərə əməl olunarsa, Türkiyə sözünün üstündə duracaq. Əgər verdiyiniz sözə əməl etsəniz, üzvlüyünüzə “hə” deyəcəyik. Əks halda proses dalana dirənəcək. İndiyə qədər İsveç və Finlandiya hökumətləri Türkiyənin gözləntilərinə uyğun olaraq ekstradisiya tələblərini təmin etməyiblər. Ekstradisiya edilən şəxslərin isə terror cinayətləri ilə heç bir əlaqəsi yoxdur”, – Bozdağ bildirib.