İsveç və Finlandiya NATO-ya üzvlük müraciətini rəsmi şəkildə təqdim edib

İsveç və Finlandiyanın NATO-dakı səfirləri ölkələrin alyansa
üzvlük müraciətini rəsmi şəkildə baş katib Yens Stoltenberqə təqdim
edib.

AzerTimes-ın məlumatına görə, müraciətlərin təqdim olunması mərasimi
NATO-nun rəsmi saytında canlı yayımlanıb.

Y.Stoltenberq NATO-nun ölkələrin üzvlük müraciətlərini
alqışladığını deyib.

“Alyans bunun üçün lazım olan məsələlərin tezliklə həllini təmin
edəcək”, – NATO-nun baş katibi bildirib.

Xatırladaq ki, ötən gün İsveçin baş naziri Maqdalena Andersson
hər iki ölkənin öz müraciətini mayın 18-də təqdim edəcəyini
vurğulamışdı.