NATO üzv ölkələrinin xarici işlər nazirlərinin mayın 14-15-də
Berlində qeyr-rəsmi görüşü keçiriləcək.
Trend-in
məlumatına görə, bunu Almaniya Xarici İşlər Nazirliyinin rəsmi
nümayəndəsi Andrea Zasse deyib.
O bildirib ki, tədbirə İsveç və Finlandiyanın da XİN rəhbərləri
dəvət edilib. Görüşün birinci günündə İsveçin xarici işlər naziri
Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavistonun
iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, bir müddət əvvəl İsveç və Finlandiya NATO-ya üzv
olmağa hazırlaşdığını elan etmişdi.