İsveç və Finlandiya bu öhdəlikləri götürdü – Tam mətn

İsveç və Finlandiya bu öhdəlikləri götürdü – Tam mətn

Türkiyə, İsveç, Finlandiya və NATO rəsmilərinin Madriddə apardıqların danışıqların yekunu kimi imzalanan memorandumun əsas detalları məlum olub.

AzerTimes “Habertürk”ə istinadən xəbər verir ki, memorandumla İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün Türkiyə önündə aşağıdakı öhdəlikləri götürüblər:

– PKK və uzantıları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq;

– Terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəyliyin nümayiş etdirilməsi;

– PYD/YPG və FETÖ-ya dəstək verilməməsi haqqında öhdəlik;

– Müdafiə sənayesi sahəsində embarqo məhdudlaşdırmalarına əl atılmaması, əməkdaşlığın sıxlaşdırılması;

– İsveç və Finlandiyanın terrorizmlə mübarizə və müdafiə sənayesi sahələrində qanunvericiliyi və tətbiqetmə mexanizmlərini yenidən nəzərdən keçirmək haqqında öhdəlik;

– Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində kəşfiyyat paylaşımlarına dair formalaşdırılmış əməkdaşlıq mexanizminin təsis edilməsi;

– Terror törədən cinayətkarların təhvil verilməsi məsələsində konkret addımların atılması və ikitərəfli səviyyədə məsuliyyət yaradan normaların formalaşdırılması;

– PKK və törəmələrinin, uzantılarının ianə yığmasının, üzv cəlbetmə fəaliyyətlərinin qadağan olunması və bunların araşdırılması;

– Türkiyəyə qarşı terror təbliğatının əngəllənməsi;

– Finlandiya və İsveçin AB Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Mərhələsi (PESKO) də daxil olmaqla təşkilatın təhlükəsizlik mexanizmlərinə qatılmasının ən geniş şəkildə dəstəklənməsi;

– Bu addımların tətbiqinin yoxlanılması üçün ədliyyə, xüsusi xidmət və təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Ortaq Mexanizmin qurulması.

Teqlər: