İsveç Ukraynaya hərbi yardım paketini elan etdi

İsveç Ukraynaya hərbi yardım paketini elan etdi

İsveç hökuməti Ukraynaya 7,1 milyard kron (630 milyon avro) dəyərində indiyə qədər ən böyük hərbi yardım paketini təqdim edib.

AzerTimes xəbər verir ki, bu barədə İsveç müdafiə naziri Pol Yonson məlumat verib.

Məlumata görə, yardım paketinə “Stridsbat 90” sinfindən olan 10 ədəd desant-hücum kateri, 20 ədəd desant kateri, sualtı sursatlar, minalar və torpedalar, “Robot 70” zenit sistemləri, TOV modelli tank əleyhinə robotlar, sursatları ilə birlikdə qumbaraatanlar, artilleriya sursatları, əl qumbaraları, “Karl Qustav” pulemyotları, tibbi avadanlıq və təcili tibbi yardım maşınları daxildir.

Müdafiə nazirinin sözlərinə görə, yardım paketi tamamilə Ukraynanın sifarişləri əsasında hazırlanıb.

Teqlər: