İsveç Türkiyədən bu siyahını almayıb

İsveç Türkiyədən bu siyahını almayıb

Türkiyə NATO-ya üzvlüyünü təsdiqləmək üçün Ankaraya ekstradisiya edilməli olan şəxslərin siyahısını İsveçə təhvil verməyib.

AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” yüksək rütbəli isveçli məmura istinadən məlumat yayıb.

“İsveç Türkiyədən adların siyahısını almayıb və həmin bu şəxslərin kim olduğunu bilmir. Ötən il Türkiyə, İsveç və Finlandiyanın imzaladığı üçtərəfli təhlükəsizlik memorandumunda deportasiya ediləcək və ya ekstradisiya ediləcək kürdlərin (PKK-çılar nəzərdə tutulur – red.) sayı göstərilməyib”, – mənbə bildirib.

Mənbə qeyd edib ki, yaxın gələcəkdə vəziyyət dəyişməsə, alyansın iyul ayında Vilnüsdə keçiriləcək sammitinə qədər İsveç çətin ki, NATO-ya daxil olsun.

Xatırladaq ki, martın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan siyahının Stokholma verilməsinə baxmayaraq, İsveçin 120 terrorçunu Ankaraya təhvil verməkdən imtina etdiyini bildirmişdi.

Teqlər: