İsveç təyyarələri ilk dəfə Rusiya sərhədi yaxınlığında

İsveç təyyarələri ilk dəfə Rusiya sərhədi yaxınlığında

İsveçin NATO-ya qoşulmasından sonra ilk dəfə İsveç hərbi təyyarəsi Rusiyanın quru sərhədi yaxınlığında kəşfiyyat uçuşu həyata keçirib.

AzerTimes xəbər verir ki, bu barədə “İtamilradar” məlumat yayıb.

Məlumata görə, “Gulfstream S102B” elektron kəşfiyyat təyyarəsi martın 8-də Polşa hava məkanında olarkən Kalininqrad vilayətinin, eləcə də Belarusun sərhədi boyunca uçub.

Həmçinin bildirilir ki, həmin gün İsveçin “Saab 340” uzaqmənzilli radar aşkarlayıcı təyyarəsinin uçuşu olub və bu uçuş Kalininqrad vilayəti yaxınlığında Baltik dənizi üzərində qeydə alınıb.

Teqlər: