İsveç hakimiyyəti terrorizmdə ittiham edilən şəxsi Türkiyəyə verməkdən imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Bildirilib ki, İsveç vətəndaşı olan 50 yaşlarında kişi terror təşkilatına üzv olmaqda təqsirli bilinir.
Onun ekstradisiyası ilə bağlı rəsmi Ankara hələ ötən ilin noyabrında sorğu göndərmişdi.
Qeyd edək ki, İsveçin terrorçulara, xüsusən PKK terror təşkilatının fəaliyyətinə izn verməsi bu ölkənin NATO-ya üzvlüyü yolunda başlıca maneələrdəndir. Türkiyə tərəfi bununla bağlı İsveçə dəfələrlə xəbərdarlıq edib.