İsveç rəsmi olaraq “Şimal axını” partlayışları ilə bağlı araşdırmanı dayandırdığını elan edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayılıb.
“Buna səbəb şübhəlilərin hələ də müəyyən edilməməsi göstərilir”, – məlumatda deyilir.
Qeyd edək ki, “Şimal axını”nda partlayışlar 2022-ci il sentyabrın 26-da baş verib. Rəsmi olaraq Almaniya, Danimarka və İsveç istintaqa cəlb edilib, lakin hələ də araşdırmanın nəticəsi yoxdur. Rusiyanın iş materialları ilə tanış olmasına icazə verilmir.