İsveç hökuməti Rusiya vətəndaşlarına vizaların verilməsini tam dayandırmaq istəmir.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin miqrasiya naziri Anders İgeman deyib.
“Düşünürəm ki, ruslara vizaların verilməsini tam dayandırmaq çətin və uğursuz olardı. Digər tərəfdən, ciddi məhdudiyyətlər tətbiq etmək olar. Məsələn, sadələşdirilmiş viza prosedurunu ləğv etmək olar. Biz, Estoniya, Finlandiya və başqa AB-də ölkələri də buna çalışır”,- nazir bildirib.
Nazirin sözlərinə görə, ruslara vizaların verilməsinin tamamilə dayandırılması səhvlərə səbəb ola bilər:
“Biz sanksiyaların ilk növbədə Rusiyanın siyasi və iqtisadi elitasını hədəf almasını istəyirik. Əgər vizanı tam dayandırsanız, bu, dissidentlərin və ya tədqiqatçıların AB-yə gələ bilməməsi deməkdir. Gələcəkdə hələ də Rusiya ilə mübadilə lazım ola bilər”.