Ölkədə Quran və İraq bayrağının yandırılmasının planlaşdırıldığı etiraz aksiyasına icazə verilib.
AzerTimes xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Stokholmdaki İraq səfirliyi yaxınlığında keçiriləcək etiraz aksiyası bu günə nəzərdə tutulub.
Xatırladaq ki, təşkilatçılar ötən ay Stokholmda məscidin yaxınlığında Quran yandırmışdılar.