İsveç PKK-çıların ekstradisiya siyahısını hazırladı

İsveç PKK-çıların ekstradisiya siyahısını hazırladı

İsveç Türkiyəyə ekstradisiya üçün PKK-nın 10 üzvündən ibarət siyahı hazırlayıb.

AzerTimes xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

“İsveç mətbuatı yazır ki, ölkənin təhlükəsizlik xidməti PKK-nın 10 üzvünün siyahısını hazırlayıb. Xəbərə görə, bu siyahı Türkiyənin ekstradisiya tələblərini təmin etmək üçün istifadə oluna bilər”, – deyə bildirilib.

Qeyd olunub ki, İsveç qanunlarına əsasən, ekstradisiyanı tələb edən ölkə cinayətkarla bağlı sənədləri İsveç Ədliyyə Nazirliyinə, o da öz növbəsində prokurorluğa göndərməlidir. Prokurorluq öz rəyini hökumətə təqdim etdikdə İsveç hakimiyyəti ekstradisiya sorğusu ilə bağlı qərar verəcək. Eyni zamanda, ekstradisiyası tələb olunan şəxsin bu qərardan Ali Məhkəməyə şikayət etmək hüququ var.

Teqlər: