İsveç NATO-ya problem gətirir – Fidan

İsveç NATO-ya problem gətirir – Fidan

Türkiyə olaraq İsveçdə Quranın yandırılmasını şiddətlə qınadıq. Biz reaksiya verməyə davam edəcəyik.

AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“İsveçdə bu aksiyaların dövlətin mühafizəsi altında həyata keçirilməsi daha çox düşündürücüdür. İsveç təhlükəsizlik sisteminin təxribatların qarşısını alacaq bir strukturda olmaması bizi strategiya və təhlükəsizlik baxımından düşündürür. İsveçin NATO-ya üzvlüyü, bunun bir yük və ya fayda gətirəcəyi məsələsi indi daha çox müzakirələrə açıqdır”, – nazir bildirib.

Teqlər: