İsveç Kralı və Kuba prezidenti Əliyevə məktub ünvanladı

İsveç Kralı və Kuba prezidenti Əliyevə məktub ünvanladı

İsveç Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzerTimes xəbər verir ki, məktubda qeyd olunur:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırır, Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm”.

***

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirmək istəyimi Sizə bir daha ifadə edirəm.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”, – məktubda bildirilib.

Teqlər: