İsveç hökuməti yaxın illərdə artilleriya sursatlarının istehsalını üç dəfə, istehsal tempini isə əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Conson deyib.
O bildirib ki, söhbət ilk növbədə Ukraynaya tədarük edilən 155 mm çaplı mərmilərdən gedir:
“Əslində onların istehsalı artıq artırılıb, lakin hökumətin fikrincə, bu, kifayət deyil”.