İsveç FF erməni təxribatına görə cərimələndi

İsveç FF erməni təxribatına görə cərimələndi

UEFA İsveç Futbol Federasiyasını cərimələyib.

AzerTimes xəbər verir ki, Stokholmda İsveçlə Azərbaycan millisi arasında keçirilən Avro-2024-ün seçmə mərhələ oyununda erməni azarkeşlərin təxribata cəhd etmələri səbəb olub.

UEFA təxribat xarakterli siyasi mesajlara görə İsveç FF-ni 5 min avro cərimələyib.

Qeyd edək ki, İsveç – Azərbaycan oyunu meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Teqlər: