İsveç NATO-ya üzv olduqdan sonra ərazisində nüvə silahı yerləşdirməyi planlaşdırmır.
AzerTimes xəbər verir ki, İsveçin müdafiə naziri Pol Conson müvafiq bəyanatla çıxış edib.
Onun sözlərinə görə, hazırda nə Krallığın, nə də NATO-nun özünün bununla bağlı bir planı yoxdur. Eyni zamanda, İsveç vəziyyəti nəzərə almalıdır, çünki NATO həm ənənəvi, həm də nüvə silahının qarşısının alınmasına əsaslanan hərbi ittifaqdır.