İsveç bütün hərbi bazalarını ABŞ-ın ixtiyarına verdi

İsveç bütün hərbi bazalarını ABŞ-ın ixtiyarına verdi

ABŞ və İsveç arasında bağlanan hərbi əməkdaşlıq müqaviləsi Pentaqona bu ölkə ərazisindəki baza, qurğular və hərbi zonalarından istifadə etmək hüququ və imkanı verir.

AzerTimes xəbər verir ki, bu barədə məlumat İsveç hökumətinin saytında yer alıb.

“Bu bazalar, zonalar və obyektlər ölkənin şimalındakı Kiruna, Östersund və Lulea, cənub-qərbdəki Halmştad və cənubdakı Ronneby, Qotland adasındakı Visbi, paytaxtdan 70 km məsafədəki Uppsala daxil olmaqla bütün İsveç ərazisində yerləşir. Bura Stokholm yaxınlığındakı Berq dəniz bazası da daxildir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən ABŞ müdafiə naziri Pol Yonson və ABŞ müdafiə naziri Lloyd Ostin arasında hərbi əməkdaşlıq barədə saziş imzalanıb.

Teqlər: