İsveç 73 terrorçunu Türkiyəyə göndərəcək.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Hazırda 3-4 terrorçunu göndəriblər, amma bu yetərli deyil. Məsələ Türkiyə Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının nəzarəti altındadır”, – Ərdoğan bildirib.