İsveç bu ölkəyə qoşun göndərəcək

İsveç bu ölkəyə qoşun göndərəcək

İsveç gələn il Latviyaya qoşun göndərməyi planlaşdırır. Onlar Rusiyanın mümkün hücumunun qarşısını almaq üçün Kanadanın rəhbərlik etdiyi qüvvələrin bir hissəsi olacaqlar.

AzerTimes xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson məlumat verib.

O bildirib ki, İsveç NATO-ya üzvlüyünün yekunlaşmasını gözləməklə vaxt itirmək niyyətində deyil:

“Biz və qonşularımız Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bilavasitə kölgəsində yaşayırıq. Lakin Rusiya təhdidlər, dezinformasiya və kiberhücumlarla bütün Avropada sabitliyi pozmağa çalışır”.

Teqlər: