İsveç bu ölkələrə 6 milyon dollar ayırdı

İsveç bu ölkələrə 6 milyon dollar ayırdı

İsveç hökuməti Ukraynaya 50 milyon kron (4,86 milyon dollar), Moldova və Gürcüstana isə hər birinə 5 milyon kron (0,49 milyon dollar) məbləğində hərbi yardım göstərəcək.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Yardım müxtəlif NATO fondları vasitəsilə təmin edilir. Bu vəsait minalardan təmizləmə, böhranların idarə edilməsi, kibertəhlükəsizlik, təhsil və digər məsələlər üçün istifadə olunacaq”, – məlumatda qeyd edilib.

Teqlər: