İsveç Azərbaycanı səfərlərin tövsiyə olunmadığı ölkələr siyahısından çıxarıb

İsveç 11 ölkəni, o cümlədən Azərbaycanı səfərlərin tövsiyə olunmadığı ölkələr siyahısından çıxarıb.

AzerTimes-ın məlumatına görə, bu barədə İsveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bu qərar ötən gündən etibarən qüvvəyə minib.

Azərbaycandan başqa, təhlükəsiz ölkələr siyahısında Səudiyyə Ərəbistanı, Bosniya və Herseqovina, Kanada, Monteneqro və digər ölkələr yer alıb.


(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: