Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin
əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata
keçirdikləri tədbir nəticəsində əvvəllər də narkotiklərin satışı
ilə məşğul olduğu üçün dəfələrlə məhkum edilmiş Mahir Rəfiyev
saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, onun
Hövsan qəsəbəsində həyətindəki istixanadan xüsusi olaraq
əkib-becərdiyi yaş halda çəkisi 10 kiloqram olan 51 ədəd çətənə
kolu və satmaq üçün kibrit qutularında qablaşdırdığı çəkisi 2
kiloqram olan marixuana aşkar edilib.Mahir Rəfiyev narkotik
tərkibli bitkiləri satmaq məqsədi ilə əkib-becərdiyini
bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində 30-cu Polis Şöbəsində
toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib.
Mahir Rəfiyevin ətrafında əməliyyat tədbirləri davam etdirilir.