İstixanada narkotik yetişdirən Salyan sakini saxlanılıb (FOTO)

Həyətində olan iki istixanada narkotik tərkibli bitkilər
yetişdirən Salyan rayon sakini saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, Salyan
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə
şübhəli bilinən Kərimbəyli kənd sakini Əmrah Rəhimov
saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan iki
istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə
yetişdirilmiş ümumi çəkisi 250 kiloqram olan 1068 ədəd çətənə kolu
aşkar olunaraq götürülüb. Polis əməkdaşları tərəfindən götürülmüş
maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi
açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri
seçilib.

Teqlər: