“İstisu” bu ölkəyə ixrac olunacaq

“İstisu” bu ölkəyə ixrac olunacaq

Azərbaycanın azad edilmiş ərazilərində istehsal edilən ilk məhsul olan “İstisu”nun Belarusda təqdimatı olub.

AzerTimes APA-ya istinadən xəbər verir ki, təqdimatda Azərbaycanın Baş naziri Əli Əsədov, Belarus Respublikasının Baş naziri Roman Qolovçenko iştirak edib.

Azərbaycan və Belarusun müvafiq şirkətləri arasında Kəlbəcərdə zavodda qablaşdırılan “İstisu”nun bu ölkəyə ixracı ilə əlaqədar niyyət protokolu imzalanıb.

Teqlər: