İstirahətsiz işləyənlərin diqqətinə!

İstirahətsiz işləyənlərin diqqətinə!

Tromboza aparan ən sürətli və qısa yol istirahətsiz, gərgin və xüsusən oturaq peşədə işləməkdir.

AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, kardioloq Anna Koreneviç qəfil ölümün səbəbi olan trombun yaranma səbəbindən danışıb.

“Biz o hallarla rastlaşırıq ki, insan qəfil ölür, çünki onda tromb qopub. Trombun yaranma səbəbi qanın qatılaşmasıdır. Qatı qan damarların divarlarına təzyiqi artıraraq hərəkət edir. Bu zaman varikoz, tromboflebit, stenokardiya və infarkt yaranır.

Tromboz əmələ gəlməməsi üçün qanı durulaşdırmaq lazımdır.

O insanlar qan qatılaşmasına meyillidir ki, onlar az hərəkət edir, pis qidalanır, oturaq işdə olur, stressdədir. Müasir insanların stressi isə həyat və işdə rutin problemlərdən olur. Ona görə arada istirahət və fasilə vermək lazımdır.

Gərgin iş rejimi tromboza kəsə yoldur. İstirahəti təxirə salanlar özünü riskə atır. Əgər siz son 1 ildir istirahətsiz çalışırsınızsa, fasilə vermək vaxtıdır”, – Koreneviç qeyd edib.

Teqlər: