İstirahət günləri ölkədə cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb

Xəbər - Samir Əli – Trend:

Daxili İşlər Nazirliyi həftə sonu ölkə ərazisində baş verən vinayətlərin statistikasını açıqlayıb.

Nazirliyin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumatda bildirilir ki, fevralın 13-dən 15-dək respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb.

Teqlər: