Xəbər - Samir Əli – Trend:
Daxili İşlər Nazirliyinin Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakıda və respublikanın digər ərazilərində şənbə və bazar günləri 167 toy şənliyində monitorinqlər keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, monitorinqlər 133 şadlıq sarayında, 34 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 45 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.
COVID-19 pasportu olmadığına görə isə 444 nəfər toy şənliklərinə buraxılmayıb.