İstintaqdan Priqojinin ölümü ilə bağlı açıqlama

İstintaqdan Priqojinin ölümü ilə bağlı açıqlama

Rusiya İstintaq Komitəsi “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ölümünü rəsmən təsdiqləyib.

AzerTimes xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

“Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların kimliyinin müəyyənləşdirilməsi başa çatıb, onların arasında Priqojin də var”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, avqustun 23-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” rəhbəri Yevgeni Priqojinə məxsus “Embraer Legacy 600” təyyarəsi qəzaya uğrayıb.

Teqlər: