Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi
əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq
təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı
alınıb.
Bu barədə AzerTimes-a Penitensiar Xidmətdən məlumat verilib.
Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək
həbs edilmiş İbiş Əliağa oğlu İbişli ilə qısamüddətli görüşə gəlmiş
qohumu Sumqayıt şəhər sakini Şamil Elxan oğlu Qəhrəmanovun
əşyalarına və üzərinə baxış keçirilən zaman cibində gizlətdiyi
kağız bükülüdə ümumi çəkisi 0,058 qram olan narkotik maddə – heroin
aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.