İstifadəyə yararsız dərmanın satışı qadağan olunub

Analitik Ekspertiza Mərkəzi tərəfindən Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması
Qaydası”nın 9.1 bəndi rəhbər tutularaq, 028084 seriya ilə
buraxılmış son istifadə tarixi 02.2023 olan “Fosfalyugel” ticarət
adlı, daxilə qəbul edilən gel (16 q №20 paketlərdə (saşe)) dərman
vasitəsində istehsalçının təqdim etdiyi parametrlərlə uyğunsuzluq
aşkarlandığı üçün geri çağırılması qərarı verilib.

Bu barədə AzerTimes-a Analitik Ekspertiza Mərkəzindən məlumat
verilib.

Bu o deməkdir ki, sözügedən dərman vasitəsinin yalnız 028084
seriya ilə buraxılmış dərman vasitələri istifadəyə yararsızdır.

Teqlər: