Yaponiyanın 14 əyalətində 1-7 iyul tarixlərində yüksək temperatura görə 19 nəfər həyatını itirib.
AzerTimes xəbər verir ki, bu barədə Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin Yanğından Mühafizə İdarəsi məlumat yayıb.
Məlumata görə, 9105 nəfər günvurmadan xəstəxanaya yerləşdirilib.
Hökumət məcburi vəziyyət yaranmadıqca açıq havaya çıxmamağı, bol su istehlak etməyi tövsiyə edib.
Qeyd edək ki, Yaponiyada 1940-cı ildən bəri ən yüksək temperatur – 40 dərəcə hərarət qeydə alınıb.