Bəzən mağazaya gedəndə çörəyin yenicə gətirildiyini görürük. Əlimizə alır, yumşaqlığına və hərarətinə heyran qalırıq.
Qida təhlükəsizliyi eksperti Elsəvər Fərzəliyev isti çörək yeməyin fəsadlarından danışıb:
“Elmi ədəbiyyatlarda da göstərilir ki, təzə çörək bir neçə saat saxlanılmalıdır. O, yalnız bundan sonra yeyilmək üçün əlverişli olur. İsti xəmir məhsulunun zərəri həzm prosesinə gec daxil olmasıdır. Başqa sözlə desək, isti çörək həzm prosesini zəiflədir.
El arasında “çörək boyatlaşdıqca daha yaxşı olur” ifadəsini təsadüfən işlətmirlər. Çünki çörək qaldıqca həzm olunmasından ötrü tərkibində müəyyən proseslər gedir”.