İstəyirik ki, azərbaycanlılar və ermənilər… – Nazir müavini

İstəyirik ki, azərbaycanlılar və ermənilər… – Nazir müavini

Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlarıdır. Azərbaycan onları Qarabağdakı evlərinə qayıtmağa cəsarətləndirir.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib.

XİN rəhbərinin müavini diqqətə çatdırıb ki, Azərbaycan etnik ermənilərin və etnik azərbaycanlıların dinc şəkildə yanaşı yaşadığı öz çoxmillətli icmasını qorumaq istəyir.

Qeyd edək ki, bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır.

Teqlər: