İstənilən ssenariyə hazırıq: ABŞ-la toqquşma isə…

İstənilən ssenariyə hazırıq: ABŞ-la toqquşma isə…

Rusiya istənilən ssenariyə hazırdır, lakin ABŞ-la birbaşa hərbi toqquşma istəmir.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin keçirdiyi mətbuat konfransında ABŞ və Rusiya qüvvələrinin Suriyada vaxtaşırı üz-üzə gəlməsi haqda deyib.

“Biz hər zaman istənilən ssenariyə hazırıq, amma bunu heç kim istəmir. ABŞ-ın təşəbbüsü ilə biz vaxtilə bu münaqişələrin qarşısını almaq üçün xüsusi mexanizm yaratmışdıq. Müəyyən hərbi birləşmələrimizin rəhbərləri bir-biri ilə birbaşa əlaqə saxlayır və istənilən böhran vəziyyətində məsləhətləşmək imkanı əldə edirlər. Bu, onu deməyə əsas verir ki, heç kim hər hansı toqquşma istəmir”, – Putin bildirib.

Teqlər: