İstənilən halda İsrail əsgərləri Qəzzanın Misirlə sərhədində yerləşən Rəfah şəhərində əməliyyat keçirəcək.
AzerTimes xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Müharibəni bütün məqsədlərimizə çatmamış dayandıracağımızla bağlı fikrimiz yoxdur. Rəfaha daxil olub orada yerləşən HƏMAS batalyonlarını məhv edəcəyik. Bu, fələstinli radikallarla girovların azad edilməsi barədə razılığın əldə olunub-olunmamasında asılı olmayaraq baş verəcək”, – Netanyahu bildirib.
Onun sözlərinə görə, Rəfah əməliyyatı İsrailin HƏMAS üzərində tam qələbə qazanması üçün lazımdır.